• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sarıgül səni devirəcək – Rəsmi xəbərdarlıq

  • Dünya
  • 3 Aprel 2014 12:19
  • 477 Baxış
Sarıgül səni devirəcək  –  Rəsmi xəbərdarlıq

Türkiyə baş nazirinin köməkçisi Bülent Arınç bələdiyyə seçkilərində məğlub olan Cümhuriyyət Xalq Partiyası (CXP) barədə maraqlı bir iddia ilə çıxış edib.Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir köməkçisi CXP içindən yeni bir partiyanın çıxa biləcəyini söyləyib.

CXP sədri Kamal Kılıçdaroğlunun işinin bu seçkilərdən sonra xeyli çətin olacağını deyən B.Arınc onun partiya sədrliyinin də müzakirə olunacağını dilə gətirib. “Köhnə-yeni CXP müzakirələri yenidən gündəmə gələcək. Və bu bir xəyal deyil. CXP-nin içində bir başqa CXP-nin doğulması da bəlkə gündəmə gələcək. Bu CXP-nin məsələsidir. Türkiyənin və ya xalqımızın bu məsələdə çox düşünməsi, kədərlənməsi və ya sevinməsinə ehtiyac yoxdur", - baş nazir köməkçisi deyib. Onun fikrincə, yeni CXP-nin əsas siması Muharrem İncə, Mansur Yavaş və Mustafa Sarıgül olacaq.

B.Arınc seçkilərdən əvvəl CXP və Milliətçi Hərəkat Partiyalarına etdiyi müraciəti xatırladıb:“Mən 4 aydır ki, baş nazirimizin seçki meydanlarında dediyi “Seçkilərdə birinci olmasam, siyasətə əlvida deyərəm” sözündən başqa ortaya bir hədəf də qoymuşdum. O da CXP üçün 30, MHP üçün isə 20 faiz səs idi. Mən hər iki partiya sədrinə səsləndim: 30 faiz, 20 faiz səs ala bilməsəniz partiya sədrliyindən istefa verəcəksinizmi? İkisi də 4 aydır ki, bu çağırışımı eşitmədilər. Deməli, doğru bir hədəf qoymuşdum. CXP və MHP bundan sonra da bu hədəfə çata bilməzlər”.

Baş nazir köməkçisi AKP-nin prezidentliyə namizədinin birinci turda qələbə qazanacağına da əminliyini ifadə edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR