Dünya
Türkiyə Baş nazirinin kimliyi dəqiqləşib
Əhməd Davudoğlu istefa verəndən sonra Türkiyənin yeni
Baş nazirinin kim olacağı dəqiqləşib.
Publika.az xəbər verir ki, Türkiyə mediası AKP-nin
yeni sədri və Baş nazir olacaq şəxsin prezident Rəcəb Tayyip
Ərdoğanın beynində dəqiqləşdiyini yazıb. Bu haqda Ankara
kulislərində ciddi müzakirələrin getdiyi deyilir. Lakin Ərdoğan
tərəfindən önə sürülən baş nazirliyə namizədin kimliyi hələlik
açıqlanmır.
Kulislərdəki söhbətlərə görə, Ərdoğan müzakirələr apardıqdan sonra,
həmin şəxsin adı açıqlanacaq.
Qeyd edək ki, Davudoğlunu əvəzləyəcək namizədlərin əvvəlcə 5 olduğu
xəbəri yayılmışdı. Bunlar dənizçilik və kommunikasiya naziri Binali
Yıldırım, ədliyyə naziri Bekir Bozdağ, Ərdoğanın kürəkəni olan
enerji və təbii qaynaqlar naziri Berat Albayrak, səhiyyə naziri
Mehmet Müezzinoğlu və Baş nazir müavini Numan Kurtulmuşdur. Lakin
Mehmet Müezzinoğlu ilə Numan Kurtulmuşun geri çəkildiyi dəqiqləşib.
İndi Baş nazir postuna namizəd kimi üç şəxsin adı çəkilir. Yeni Baş
nazir mayın 22-də keçiriləcək AKP qurultayında seçiləcək.
Asif
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO