Azərbaycan əsilli iş adamından məhkəmədə cəmi BİR KƏLMƏ – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Azərbaycan əsilli iş adamından məhkəmədə cəmi BİR KƏLMƏ – VİDEO/FOTOLAR

ABŞ-da həbsdə saxlanılan Azərbaycan əsilli məşhur iş adamı Rza Zərrabın məhkəməsinin təfərrüatları ortaya çıxıb.

Publika.az xəbər verir ki, prokuror Preet Bhararanın haqqında hazırladığı ittihamnamə ilə 4 aydır həbsdə saxlanılan Zərrab məhkəmədə cəmi bir kəlmə söz işlədib.

İngilis dilində bilməsinə baxmayaraq, Zərrab məhkəmə zalında türk dilindən təcrüməçinin olmasını tələb edib və həmin tərcüməçi onun cəmi bir kəlməlik ifadəsini tərcümə edib.

Məhkəmədə qeyd alınanları təqdim edirik:

Hakim Riçard Berman: “Əvvəlcə bilməyinizi istərdim ki, türk dilindən tərcüməçi tələbiniz yerinə yetirilib”.

Vəkil Bencamin Brafman: “Bəli, hörmətli hakim. Tərcüməçi tələbimizi yerinə yetirdiniz üçün təşəkkür edirəm. Bura gəlməmişdən öncə müvəkkilimlə ingilis dilində danışdıq. O, məhkəmə prosesində tərcüməçidən istifadə etmək istəyir. Biz hazırıq”.

Hakim R. Berman: “Müttəhim danışdıqca, onun sözləri tərcümə ediləcək”.

Vəkil B. Brafman: “Bəli”.

Hakim R. Berman Rza Zərraba üzünü tutaraq, “Zərrab bəy, məhkəmə prosesini təcrüməçinin vasitəsilə izləyəcəksiniz” deyə bildirib.

Zərrab da “I understand (Anladım)” deyə cavab verib.

Daha sonra o, məhkəmə prosesi boyunca biorcə kəlmə də danışmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm