Dünya
Məşhurlar rusiyalı oliqarxın 250 milyonluq ad günündə - VİDEO
Rusiyalı biznesmen və oliqarx Musa Bajaev 50 yaşını möhtəşəm formada qeyd edib.
Axşam.az-ın rus mediasına istinadən məlumatına görə, "Olimpiyski" idman kompleksində baş tutan ad gününə 250 milyon rubl (təxminən 6 milyon manat) xərclənib.
Yubileydə Bajaevin 400-ə yaxın dostu və qohumu iştirak edib. Eyni zamanda yerli və xarici ulduzlar da yubileydə çıxış ediblər. Onlar arasında Andrea Boçelli, Lara Fabian, İqor Krutoy, Qriqoriy Leps, Yuriy Antonov, Polina Qaqarina və Filipp Kirkorov. Tədbirə aparıcılığı isə Nikolay Baskov və Maksim Qalkin edib.
Oliqarx musiqili nömrələrə ümumilikdə 100 milyon rubl xərcləyib, 57 milyon rubl isə yemək və içkilər üçün nəzərdə tutulub. Salonun dekorasiyasına 55 milyon rubl, stadionun kirayəsinə isə 15 milyon rubl verilib. Bütün kompleksi qorumaq üçün 40 nəfər xüsusi təyinatlı mühafizəçi tutulub.
M.Bajaevin yaxın dostu, futbolçu Messi isə Moskvaya gələ bilməsə də, onu İnstaqramdan təbrik edib. Onun video-müraciəti yubileydə böyük ekranda nümayiş olunub.
Mərasimin kulminasiyası isə səbəbkarın adına gətirilimiş nəhəng tort olub.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO