Ancelina Colidən Türkiyə və müsəlman dövlətlərinə təşəkkür
Bizi izləyin

Dünya

Ancelina Colidən Türkiyə və müsəlman dövlətlərinə təşəkkür

Oskar mükafatı laureatı alan tanınmış aktrisa, BMT–nin xoşməramlı səfiri Ancelina Coli Türkiyənin ünvanına xoş fikirlər səsləndirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Hollivudun ən bahalı aktrisası olan Ancelina Coli Avropada yaşanan miqrant böhranına görə Türkiyəni “fədakar ölkə” adlandırıb:

“Əgər Türkiyə Suriya və İraqdan gələn miqrant qaçqınlara sığınacaq verməsəydi, indi Avropa böyük böhranla qarşı-qarşıya qalacaqdı. Sağ olsun ki, Türkiyə bu böhranın miqyasının kiçildilməsi istiqamətində böyük fədakarlıq göstərdi”.

Ancelina Coli Türkiyə ilə yanaşı, Pakistan, Livan, İran, Efiopiya və İordaniya dövlətlərinə də təşəkkür edib:

“Biz qərblilər bu gün nə qaçqın böhranının mərkəzindəyik, nə də bu böhranın aradan qaldırılması üçün böyük səylər göstərən insanlarıq. Əsl fədakar insanlar Türkiyə, Pakistan, Livan, İran, Efiopiya və İordaniya xalqlarıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm