Parlamentdə qalmaqal – VİDEO
Bizi izləyin

Dünya

Parlamentdə qalmaqal – VİDEO

Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkillərinin toxunulmazlıqların ləğv edilməsini nəzərdə tutan konstitusiya dəyişiklikləri müzakirə edilir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dəyişikliklərlə bağlı qanun layihəsi ikinci dəfə səsverməyə çıxarılacaq.

İclasda ilk sözü Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Levent Gök alıb. CHP-li parlament sədri İsmayıl Kahramanın “dünyəvilik” sözlərini xatırladaraq bildirib ki, onun bu iclası idarə etməsini düzgün hesab etmirlər. Levent Gök Kahramandan bu sözünə görə üzr istəməyi tələb edib. Bundan sonra bir qrup CHP-li millət vəkili “Türkiyə dünyəvidir, dünyəvi qalacaq” şüarları səsləndirərək iclası tərk ediblər.

Qeyd edək ki, İsmayıl Kahraman yeni konstitusiyanın dindar bir konstitusiya olmasının gərəkliyinə diqqət çəkib. Onun bu bəyanatı müxalifət tərəfindən sərt qarşılanıb.

Əlavə edək ki, gizli keçirilən ilk səsvermədə lazım olan 367 səsi toplamaq mümkün olmayıb. İkinci səsvermədə dəyişikliklərin qəbul edilməsi üçün ən azı 330 səs lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm