ABŞ-ın vitse-prezidenti Sarkisyanla danışıb
Bizi izləyin

Dünya

ABŞ-ın vitse-prezidenti Sarkisyanla danışıb

Mayın 20-də ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə Ermənistan prezidenti Serj Sarkisyan arasında telefon danışığı olub.

APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.

"Hər iki tərəf, Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada əldə olunmuş razılaşmaların tam və səmərəli həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Tərəflər münaqişənin ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində yalnız sülh yolu ilə həllinin mümkünlüyünə dair həmrəy olduqlarını vurğulayıblar”, məlumatda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm