Sarkisyan qatili nazir müavini etdi
Bizi izləyin

Dünya

Sarkisyan qatili nazir müavini etdi

Ermənistan prezidenti Serj Sarkisyan cəbhədə yaşanan aprel gərginliyindən sonra orduda ikinci kadr dəyişikliyi ilə bağlı sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamla Baş Qərargah rəisinin müavini Movses Akopyan işdən çıxarılıb. General-leytenant Akopyan müdafiə nazirinin müavini təyin edilib.

Bundan sonra Movses Akopyan Müdafiə Nazirliyinin müavini vəzifəsi ilə yanaşı nazirliyin maddi-texniki təminat departamentinin rəhbəri vəzifəsini də yerinə yetirəcək.

Qeyd edək ki, M. Akopyan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma DQR-in "müdafiə naziri" olub. O, həmçinin Xocalı soyqırımını törədənlərdən biri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm