Baş nazir: “Ukrayna “Eurovision”-dan imtina etməyəcək”
Bizi izləyin

Dünya

Baş nazir: “Ukrayna “Eurovision”-dan imtina etməyəcək”

Ukrayna “Eurovision" 2017--dən imtina etməyəcək.

Bunu Ukraynanın baş naziri Vladimir Qroysman "1+1" telekanalına müsahibəsində bəyan edib.

“Biz heç bir halda “Eurovision”-dan imtina etməyəcəyik. Bu, bizim üçün böyük şərəfdir. Hökumət beynəlxalq müsabiqənin peşəkar səviyyədə keçirmək üçün maksimal səy göstərəcək”, deyə V.Qroysman bildirib.

Bundan əvvəl Ukraynanın maliyyə naziri Aleksandr Danilyuk sərf ediləcək xərcləri nəzərə alaraq müsabiqəyə sahiblik hüququnu digər ölkəyə verilə biləcəyini bildirib.

“Eurovision”-2016 müsabiqəsinin finalı mayın 14-də İsveçin paytaxtı Stokholmda baş tutub. Müsabiqədə ukraynalı müğənni Camala qalib gəlib. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm