Baş nazirdən ac krımlılara etiraf: “Pul yoxdur!” – VİDEO
Bizi izləyin

Dünya

Baş nazirdən ac krımlılara etiraf: “Pul yoxdur!” – VİDEO

Krıma üç günlük səfər edən Rusiyanın baş naziri Dmitri Medvedev aşağı təqaüdlərdən şikayətlənən yarımada sakinləri ilə görüşüb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, baş nazir şikayətçilərə xoş xəbər verə bilməyib.

Hökumət başçısı sadəcə pulun olmadığını və krımlılara dözüm arzulayıb. Baş nazirin çox narahat olduğu görünən video internetdə yerləşdirilib.

Videodan görünür ki, Medvedev krımlılarla küçədə görüşüb.

Bir qadın “təqaüdlə yaşamaq mümkün deyil, qiymətlər yüksəkdir”, - deyə şikayətlənib.

Nazirlər Kabinetinin başçısı isə bu şikayətə “bizdə pensiyalar mövzusu ayrıdır”, - deyə etiraz etməyə çalışıb.

“Bizdə indeksləşdirmə yanlışdır”, - yerli sakin şikayət etməyə davam edir.

“Düzgündür”, - Medvedev sakit şəkildə cavab verir.

“Bizi incidirlər, hətta artırılan dörd faizi vermirlər. Səkkiz min nədir axı? (təxminən 118 dollar – red.) Bu cüzidir!” - təqaüdçü susmaq bilmir.

Medvedev qadına izah edir ki, pensiya ilə sonra məşğul olacaqlar: “Sadəcə indi pul yoxdur. Pulu tapaq, indeksləşdirməni edək”.

Qeyd edək ki, bu il rusiyalıların pensiyaları 4 faiz artırılıb. Ancaq təqaüdçülər hökumətdən əlavə indeksləşdirmənin keçirilməsini tələb edirlər. Bunun üçün büdcəyə düzəlişlər edilməlidir. Amma seçkilər dövründə mümkün əlavə xərclərdən qaçmaq üçün büdcəyə düzəlişlər sentyabrda Dövlət Dumasına keçiriləcək seçkilərə qədər təxirə salınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm