Dünya
“Youtube” yenidən bağlandı
Türkiyə hökumətinin “Youtube”a qoyduğu qadağa davam edəcək.
ANS PRESS-in xəbərinə görə, Türkiyənin Gölbaşı Sülh Cəza Məhkəməsi
"Youtube" video axtarış saytında cinayət tərkibli videoların
silinmədiyini əsas göstərərək, sayta girişə qadağa qoyulmasına
qərar verib.
Gölbaşı Sülh Cəza Məhkəməsi 2014-cü il martın 27-i tarixli qərarı
ilə "Youtube" saytında bağlanması istənilən linklərin göstərilən
müddət içərisində yerinə yetirilməyəcəyi halda, sayta girişin
qarşısını almaq qərarı vermişdi.
Türkiyə Vəkillər Kollegiyasının bu qərara etirazından sonra məhkəmə
27 Mart 2014-cü il tarixli qərarındakı "bütün yayıma mane olmaq"
qərarını ləğv etmiş, lakin 15 linklə əlaqədar yayım qadağasının
davam edəcəyini bildirmişdi.
Gölbaşı Respublika Prokurorluğu cinayət tərkibli videoların
silinməməsi səbəbiylə qərara etiraz edib.
Etirazı qiymətləndirən Gölbaşı Sülh Cəza Məhkəməsi sözügedən
linklərə dair qərarı yenidən gündəmə gətirərək, həmin cinayət
tərkibli videoların silinməyəcəyi halda saytın girişinə qoyulan
məhdudiyyəti davam edəcəyinə qərar verib.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO