“Köstəbək” gülənçi çıxdı
Bizi izləyin

Dünya

“Köstəbək” gülənçi çıxdı

“Köstəbək” gülənçi çıxdı

Türkiyə Xarici İşlər Nazirliyində keçirilən yüksək səviyyəli görüşü dinləyərək sızdıran şəxs tutulub.

Publika.Az – ın “Takvim” qəzetinə istinadən verdiyi məlumata görə, casusun Gülən camaatına yaxın bir polis məmuru olduğu iddia edilir.

Xatırladaq ki, 30 Mart bələdiyyə seçkilərindən əvvəl Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin (XİN) baş müşaviri Feridun Sinirlioğlu və Türkiyə Baş Qərargahının ikinci rəisi, ordu generalı Yaşar Gülərə aid olduğu bildirilən səs qeydi yayılmışdı. “YouTube”də yayılan səs qeydində Suriyaya müdaxilə ssenarisi ətrafında danışılırdı.

Sözügedən polis məmurunun keçən həftənin cümə axşamı tutulduğu bildirilir. Dinləmə ilə bağlı araşdırma aparan kəşfiyyat səlahiyyətləri polis məmurunun verəcəyi ifadədən sonra genişmiqyaslı əməliyyata başlayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm