• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Gülən camaatına qarşı əməliyyat Ankaraya keçdi

  • Dünya
  • 8 Aprel 2014 17:41
  • 425 Baxış
Gülən camaatına qarşı əməliyyat Ankaraya keçdi

Fəthullah Gülən camaatına qarşı əməliyyat Adanadan Ankaraya keçdi.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ankara Təhlükəsizlik Müdirliyinin kəşfiyyat şöbəsinin 4 polis məmuru saxlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında polis müdirinin köməkçisi və şöbə müdiri olmaqla 9 polis məmurunun evində axtarışlar aparılıb. Onların da saxlanıldığı bildirilir. Məlumata görə, polis məmurlarının evlərində aparılan axtarışlar Türkiyə Daxili İşlər Nazirliyindəki iclasın qeyri-qanuni dinlənilməsi ilə bağlıdır.

Xatırladaq ki, 30 Mart bələdiyyə seçkilərindən əvvəl Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin (XİN) baş müşaviri Feridun Sinirlioğlu və Türkiyə Baş Qərargahının ikinci rəisi, ordu generalı Yaşar Gülərə aid olduğu bildirilən səs qeydi yayılmışdı. “YouTube”də yayılan səs qeydində Suriyaya müdaxilə ssenarisi ətrafında danışılırdı.

Türkiyə mətbuatının yazdığına görə, yüksək səviyyəli görüşü dinləyərək sızdıran şəxs tutulub. Casusun Gülən camaatına yaxın bir polis məmuru olduğu iddia edilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR