Dünya
Ərəfatı öldürən fələstinlinin Ərdoğana sui-qəsd PLANI
Fələstin lideri Yasir Ərəfata qarşı sui-qəsdin
təşkilatçısı olduğu deyilən Muhammed Dahlan Türkiyədə 15 iyul
dövlət çevrilişi planını maliyyələşdirən şəxslərdən biri
olub.
Publika.az xəbər verir ki, “The Guardian” nəşrinin
keçmiş redaktoru David Hearst FETÖ-nün Birləşmiş Ərəb Əmirliyi
(BƏƏ) ilə əməkdaşlıq etdiyini və çevriliş cəhdində M. Dahlanın rol
oynadığını bildirib.
“Gerçək Həyat” jurnalı isə təxminən 7 ay öncə M. Dahlanın BƏƏ ilə
birgə Ərdoğana qarşı qiyam hazırladıqlarını yazmışdı. “Ərdoğana
qarşı qlobal çevriliş planı” başlıqlı məqalədə planın detalları
açıqlanmışdı.
Məlumata görə, M. Dahla 14 dekabrda Əbu-Dabi şəhərindəki ofisində
15 nəfərlə gizli bir toplantı keçirib.
Toplantıda Ərdoğan əleyhinə kampaniyanın təşkili məsələsi müzakirə
olunub.
1. Ərəb və müxalif türk mediası tərəfindən Ərdoğanla bağlı mənfi
rəy yaradacaq məlumatların yayılması.
2. Türkiyəyə AKP-yə qarşı olanlara dəstək vermək, maliyyə yardımı
etmək.
3. Türkiyədə xaosun yaradılması, stabilliyin pozulması və PKK-ya
dəstək vermək.
4. Ordu içində Ərdoğan və AKP-yə müxalif hərbiçilərə dəstək
vermək.
M. Dahlanın Misirdə dövlət çevrilişində də əli olduğu deyilir.
Maraqlıdır ki, F. Gülənin “Qərb Türkiyəyə müdaxilə etməli, AKP-ni
devirməlidir” dediyi müsahibənin yayımlandığı Misirin “Al Ğhad”
telekanalı M. Dahlanındır. Telekanal bu ilin mart ayında fəaliyyətə
başlayıb.
Qeyd edək ki, M. Dahlan Fələstin əsilli siyasətçidir. Hakim FƏTH
partiyasının üzvüdür. Fələstin-İsrail müharibəsində iştirak edib.
Yaxın Şərqin ən gizli adamlarından biri hesab olunur. Onun Mossad
və CİA ilə məxfi əlaqələrə malik olduğu deyilir. İsraillə hökuməti
ilə də sıx münasibətləri var. İddialara görə, ABŞ onun Fələstinin
lideri olmasını istəyir.
Asif
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?