Doku Umarov 8-ci dəfə “öldü”
Bizi izləyin

Dünya

Doku Umarov 8-ci dəfə “öldü”

Prezident Kadırov deyib ki, Umarovun həyatda olmadığı barədə məlumatı silahlılar arasında aparılan telefon danışıqları da təsdiqləyib.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov üsyançılarının lideri Doku Umarovun meyitinin axtarıldığını deyib.

Publika.Az BBC-yə istinadən xəbər verir ki, Prezident Kadırov deyib ki, Umarovun həyatda olmadığı barədə məlumatı silahlılar arasında aparılan telefon danışıqları da təsdiqləyib.

"Biz Umarovun əməliyyatların birində öldürüldüyünə 99 faiz əminiydik. İndi onun məhv edilməsini isbatlayan dəlillər var. Hərçənd ki, meyiti tapa bilməməşik, - cümə axşamı Ramzan Kadırovun İnstagram-dakı hesabında bildirilir. - Ələ keçirilən bədnam “əmirlərin” telefon söhbətləşmələrində onun ölümü ilə bağlı başsağlığı verilir və yeni “əmirin” namizədliyi müzakirə olunur”.

Kadırov telefon söhbətləşmələrində Kabardin-Balkar və Dağıstan silahlılarının iştirak etdiyini deyib.Doku Umarovun ölümü barədə xəbər artıq 8-ci dəfədir ki, elan olunur.

Rusiya xüsusi xidmətlərindəki mənbə çeçen separatçı liderinin ölümü barədə məlumata malik olmadığını bildirib.2007-ci ildə özünü “Qafqaz əmirliyinin əmiri” elan etmiş Doku Umarov 2012-ci ildə Rusiya prezidenti Vladimir Putinə qarşı etirazlardan sonra mülki əhali əleyhinə hücumların dayandırlmasına səsləyib.

Lakin 2013-cü ilin iyun ayında o bu qərarını dəyişdirərək Soçidə Olimpiya oyunlarının keçirilməsinə yol verməyəcəyi barədə videomüraciətlə çıxış edib.O zamandan bəri, Doku Umarovun ölümünü təsdiqləyən məlumatlar daxil olmayıb.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm