Dünya
Azərbaycan və Xorvatiya XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Dünən Bakıda Azərbaycan Respublikası və Xorvatiya Respublikası Xarici İşlər Nazirlikləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib.
Publika.Az – a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan tərəfini XİN-nin Konsulluq idarəsinin rəisi Mehriban Nəcəfova, Xorvatiya tərəfini isə bu ölkənin Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin Konsulluq idarəsinin rəisi Vinko Lyubiçiç təmsil edib.
Görüşdə Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin uğurla davam etdirilməsi, konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün hazırkı məsləhətləşmələrin keçirilməsinin vacibliyi bildirilib.
Həmçinin tərəflər iki ölkə vətəndaşlarına viza rəsmiləşdirilməsi sahəsində çətinliklərin aradan qaldırılması, konsulluq əməliyyatlarının aparılması, miqrasiya proseslərinin tənzimlənməsi, o cümlədən qanunsuz miqrantların leqallaşdırılması və miqrantların yerli şəraitə uyğunlaşdırılması prosedurları, Xorvatiya Respublikası ilə Avropa İttifaqı arasında qeyri-qanuni yaşayan şəxslərin readmissiyası sahəsində təcrübəsinin öyrənilməsi, readmissiya sazişlərinin tətbiqi mexanizmləri barədə fikir mübadiləsi aparmış və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Ömər Dağlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO