Rusiya kəşfiyatından şok tapşırıq: “100-200 nəfəri öldürün ki…”
Bizi izləyin

Dünya

Rusiya kəşfiyatından şok tapşırıq: “100-200 nəfəri öldürün ki…”

Rusiya kəşfiyatından şok tapşırıq: “100-200 nəfəri öldürün ki…”

“Rusiya Ukraynanın şərqinə tankların yeridilməsinə əsas yaratmaq yeritmək üçün separatçılara 100-200 nəfəri öldürməyi tapşırıb”.

Publika.Az – ın unian.net saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat departamentinin rəhbərlərindən olan Vitali Nayda Kiyevdə keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidməti separatçılarla Rusiya xüsusi xidmət orqanları əməkdaşlarının telefon danışıqlarını ələ keçirib.

“Ələ keçirilən telefon danışıqları onu göstərir ki, Ukrayna küçələrində qan tökülməsinə ehtiyacı olduğu barəsində danışılır. Rusiya Ukrayna ərazisinə daxil olmağa əsas yaratmaq üçün 100-200 nəfər insan öldürməyi tapşırıb.

Yəni, 100-200 insan öldürmək lazımdır ki, Rusiya tankları və zirehli avtomobilləri yarım saat sonra Ukrayna ərazisinə daxil olsun”, - o, deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm