Öcalan namizədi Məsud Bərzanidir
Bizi izləyin

Dünya

Öcalan namizədi Məsud Bərzanidir

Öcalan namizədi Məsud Bərzanidir

PKK terror təşkilatı ilə Şimali İraq kürd muxtariyyəti arasında vasitəçilik edən Hama Amin Penjveni PKK lideri Abdullah Öcalanın muxtariyyət başçısı Məsud Bərzaniyə yazdığı məktubun məzmununu açıqlayıb.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, o, İmralı adasında həbsxanada olan A.Öcalanın Şimali İraq kürd rəhbərliyininj başçısı Məsud Bərzanini Kürd Milli Konqresinin rəhbəri olaraq görmək istədiyini bildirib.

“Öcalan yazdığı ilk məktubunda Bərzani ilə Leyla Zanayı Kürd Milli Konqresinə həmsədrlər olaraq təklif etmişdi. Ancaq bu variant Bərzani tərəfindən rədd edilib. Öcalan ikinci məktubunda isə Bərzanini Konqresin başçısı, Leyla Zanayı isə köməkçisi olaraq təklif edib. Hazırda bu təklif müzakirə edilir”, - Penjveni deyib.

Qeyd edək ki, L.Zana Diyarbəkrdən seçilən kürd əsilli bitərəf millət vəkilidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm