Türkiyə mətbuatı Əliyevin Sərkisyana cavabından yazdı
Bizi izləyin

Dünya

Türkiyə mətbuatı Əliyevin Sərkisyana cavabından yazdı

Türkiyə mətbuatı Əliyevin Sərkisyana cavabından yazdı

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Praqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində Ermənistan prezidenti Serj Sərkisyana verdiyi sərt cavab Türkiyə mətbuatının manşetlərində yer alıb.

AzVision.az-ın məlumatına görə, qardaş ölkə mətbuatı prezident İlham Əliyevin Türkiyənin əleyhinə danışan Sərkisyana “Türkiyə burda deyil, amma mən burdayam və cavabınızı da verəcəyəm” cavabını yüksək qiymətləndirərək ölkə başçısının bu addımını alqışlayıb.

Türkiyənin “Sabah” qəzeti, “Sondakika.com” xəbər saytı, “Anadoli Agentliyi” və digər nüfuzlu media qurumları Azərbaycan prezidentinin Praqadakı çıxışını səhifənin əsas xəbəri kimi dərc ediblər.

Türkiyənin əksər telekanallıarı dövlət başçısının bu çıxışını yayımlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm