Dünya
Rusiyanın bombaladığı şəhərdən ŞOK - VİDEO
Suriya ordusu bir neçə günlük intensiv döyüşlərdən sonra Hələb şəhərinin mərkəzi hissəsini müxalifət qüvvələrindən azad edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, şəhərin pilotsuz təyyarədən çəkilən kadrları BFMTV telekanalı tərəfindən yayılıb.
Bu ərazi 2012-ci ildən hökumət gücləri arasında təmas xətti idi. Şəhərin qərbinə hökumət qoşunları, şərq hissəsinə isə müxalifət gücləri yerləşir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Hələbin şərq hissəsində tibbi müəssisələr praktik olaraq tamamilə məhv edilib. Təşkilat yaralıların təxliyyəsi üçün humanitar dəhlizlərin yaradılmasına çağırır.
Qeyd edək ki, dünya liderləri və BMT-nin baş katibi Pan Gi Mun Hələbin Suriya və Rusiya tərəfindən bombardman edilməsini “barbarlıq” adlandırıb. BMT-nin baş katibi bütün tərəfləri “dəhşət”ə son qoymağa çağırıb.
“The Times” nəşri yazır ki, Suriya və Rusiya hərbi təyyarələri mühasirəyə alınmış Hələbə “bunkerləri dağıdan” adı alan bombaları atırlar. Bununla da Dəməşq rejiminə final quru əməliyyatı üçün meydanın hazırlandığı bildirilir.
Ömər Dağlı
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər