“Mehmetcik” və “Pələng Birlikləri” toqquşacaq: Suriyada DƏHŞƏTLİ SSENARİ
Bizi izləyin

Dünya

“Mehmetcik” və “Pələng Birlikləri” toqquşacaq: Suriyada DƏHŞƏTLİ SSENARİ

Azad Suriya Ordusu ilə Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında – Əl-Bab bölgəsində toqquşa bilər.

Azad Suriya Ordusu ilə Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında – Əl-Bab bölgəsində toqquşa bilər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, Suriya ordusu Əl-Babın İŞİD-dən azad edilməsi üçün əməliyyata hazırlaşır.

Hazırlıq çərçivəsində Suriya ordusunun elit birliyi olan “Pələng Birlikləri” bölgəyə yerləşdirilir.

Eyni zamanda, Azad Suriya Ordusu ilə Türkiyə Əl-Bab əməliyyatı üçün hazırlaşır. Əməliyyata türkmanlardan təşkil olunan “Sultan Murad”, “Fateh Sultan Mehmet” və “Hələb 1” briqadaları ilə ərəblərdən ibarət olan 3 min nəfərlik Azad Suriya Ordusu qatılacaq.

“A Planı”

“A Planı”na görə, əməliyyat üç mərhələdə keçiriləcək.

1. Əməliyyatın ilk mərhələsində Çobanbəy ilə Əl-Bab arasındakı ərazi terrorçulardan təmizlənəcək. Daha sonra Əl-Babın ətrafına döşənilən minalar məhv ediləcək. Bu işi xüsusi təlim alan “Hələb 1” briqadası görəcək.

2. Minaların təmizlənməsindən sonra “Sultan Murad”, “Fateh Sultan Mehmet” və “Ahrar uş-Şam”dan ibarət olan üç qrup Əl-Baba doğru irəliləyəcək. Bu əməliyyatda ABŞ-ın 30 hərbçidən ibarət xüsusi təyinatlı qrupu iştirak edəcək.

3. Türkiyə Silahlı Qüvvələri birbaşa qarşıdurmada iştirak etməyəcək. Tanklar və zirehli birliklər İŞİD-in hədəflərinə arxa xətdən zərbələr endirəcək. Azad Suriya Ordusu İŞİD-in hədəflərinin məhvindən sonra Əl-Baba doğru irəliləyəcək.

“B Planı”

Türkiyə Əl-Bab şəhəri ilə bağlı “B planı” da hazırlayıb. Azad Suriya Ordusu şəhəri öz qüvvələri ilə azad edə bilməyəcəyi halda, “B planı” işə salınacaq. Türkiyə mediasının yazdığına görə, Suriyadakı əməliyyatlar üçün 41 min hərbçi Türkiyə-Suriya sərhədində hazır vəziyyətdə gözləyir.

Əl-Bab (Suriyada İŞİD-in “ikinci paytaxt”ı da hesab olunur –red.) İŞİD-in nəzarətindəki Marenin ən əhəmiyyətli təchizat yolunun üzərində yerləşir. Hələb vilayətinin ən böyük mahalı olan Əl-Bab bölgənin sənaye və ticarət mərkəzi olması ilə də xüsusi əhəmiyyətə sahibdir. İŞİD mahalı 2014-cü ilin yazında ələ keçirib. Mahal həm rejim, həm PYD, həm də Suriya müxalifəti üçün həyati əhəmiyyətə malikdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm