ATƏT müşahidəçilərinin azad edilməsi üçün şərt açıqlandı
Bizi izləyin

Dünya

ATƏT müşahidəçilərinin azad edilməsi üçün şərt açıqlandı

ATƏT müşahidəçilərin azad edilməsi üçün şərt açıqlandı

Slavyansk şəhərinin “xalq meri” Vyaçeslav Ponomaryov ATƏT-nin hərbi inspektorlarının azad edilməsi üçün şərtini açıqlayıb.

Publika.az – ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “xalq meri” hərbi müşahidəçilərin əvəzinə saxlanılan “etirazçılar”ın da azad edilməli olduğunu bildirib.

Onun azad edilməsini tələb etdiyi şəxslərdən biri də müavini İqor Perepeçayenkodur.

V.Ponomaryovun sözlərinə görə, hərbi missiyanın 11 üzvü hazırda onların əlindədir. Onlardan 8-i avropalı, 3-ü isə ukraynalıdır. Hərbi inspektorları daşıyan avtomobilin sürücüsü olan ukrayna vətəndaşı sərbəst buraxılıb.

“Xalq meri” hərbi missiyanın casusluq etdiyindən şübhələndiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm