Bəşər Əsədin qan donduran cinayətlərinin - FOTOLARI - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Bəşər Əsədin qan donduran cinayətlərinin - FOTOLARI - YENİLƏNDİ

Suriya ordusu tərəfindən işgəncə ilə və ac saxlamaqla öldürülən müxalifətçilərin fotolarını çəkən polis əməkdaşı 11 qurbana aid 55 min foto ilə Suriyadan qaçıb.

Türkiyənin “Anadolu” xəbər agentliyi Suriyada Bəşər Əsəd rejimi tərəfindən işlədilən döyüş cinayətlərlərini sənədləşdirən hesabat və fotoşəkillərə çatıb.

Suriya ordusunda 13 il hərbi polis olaraq çalışan bir adama vətəndaş müharibəsi boyunca rejimə bağlı hərbi xəstəxanalara gətirilən ölülərin şəkillərini çəkmək tapşırılıb. Bu tapşırığın kimdən gəlməsi barədə isə məlumat verilmir. Xəstəxanaya gətirilənlərin hamısı nəzarətdə ikən işgəncə, əllə boğma və aç saxlanılaraq öldürülən Suriya müxalifətin nümayəndələridir. Hərbi polis hər gün ölü olaraq gətirilən bu insanların fotoşəkillərini çəkib.

Cəsədlərin üz və bədənləri əllə yazılan şifrəli qeydlərlə birlikdə çəkilən fotoşəkillər Suriya ordusunda sistematik olaraq verilən ölüm əmrlərinin yerinə yetirildiyinə dair sənəd kimi qəbul edilir. Yoldaşları ilə iki ildə 55 min fotoşəkil çəkən hərbi polis sistematik işgəncə ilə öldürmə siyasətinə dözməyərək Suriya müxalifəti ilə gizlicə əlaqə yaradıb. Hərbi polis iki il ərzində çəkilən şəkilləri gizli şəkildə müxalifətə verib.

Müxalifətin cəhdləri nəticəsində İngiltərədə müharibə cinayətləri və insanlığa qarşı işlənən cinayətlər üzrə tanınan hüquqşünaslardan ibarət xüsusi bir komissiya qurulub. Komissiyada müharibə cinayətlərində ittiham olunan keçmiş Yuqoslaviya dövlət başçısı Slobodan Miloseviç üçün qurulan məhkəmədə çalışan prokuror və vəkillər də yer alıb.

Fotoşəkillər və digər görüntülərin gerçək olub-olmadığı İngiltərədə bir laboratoriyada araşdırılıb. Araşdırılan materialların hamısının müdaxilə edilməyən gerçək şəkillər olduğu müəyyənləşdirilib.

Komissiya 55 min şəkildən 26 mini araşdırıb. Fotoşəkillərdəki şəxslərin əlləri və ayaqları bağlı ikən sistematik işgəncəyə məruz qaldığı, ip və hətta “triger qayışı”na bənzər alətlərlə boğulduğu müəyyənləşdirilib. Diqqət çəkən bir başqa əhəmiyyətli məqam isə aclığın bir işgəncə üsulu olaraq istifadə edilməsidir. Komissiya bu üsullarla öldürülən və 55 min fotoşəkildəki adamların sayının təxminən 11 min olduğu qənaətinə gəlib.

Hərbi polisi, eyni zamanda digər şahidləri dinləyən komissiya üzvləri fotoşəkillər və şahid ifadələrinin qurulacaq hüquq məhkəməsi tərəfindən qəbul ediləcək “açıq dəlillər” olduğuna qərar verib. Bu dəlillərin Əsəd rejiminə qarşı "insanlığa qarşı cinayət” və "müharibə cinayətləri” üçün açılacaq iddialarda “güclü dəlillər” olduğuna qərar verən komissiya işini bir hesabatda cəmləşdirib. Hesabat komissiyanın bütün üzvləri tərəfindən imzalanıb.

Suriyalı hərbi polisə isə təhlükəsizlik səbəbinə görə, “Caesar” kod adı verilib. Hesabatda onun peşəsindən başqa heç bir məlumat verilməyib.

Sonda xatırladaq ki, sabah Suriya böhranına həll yolu tapmaq üçün “Cenevrə-2” konfransı keçiriləcək. Fotəşəkillər və onları araşdıran komissiyanın hazırladığı hesabatın konfransdan iki gün əvvəl yayımlanması diqqətdən qaça bilməz. Hesabat müxalifətin konfranda Suriya rejimi üzərində üstünlük qazanması üçün əhəmiyyətli vasitə ola bilər.

BBC isə xəbər veri ki, sabiq prokurorlar Suriyada üsyanlar başlayandan ölkənin məhbəslərində müntəzəm edam və işgəncə hallarının həyata keçirilməsini isbatlayan dəlillərin əldə olunduğunu bildiriblər.Hərbi cinayətləri araşdıran 3 sabiq prokurorun hesabatında 11,000 məhbusun işinə dair minlərlə şəkillər təhqiq olunub.

Məlumatların ölkədən gizli şəkildə çıxarıldığı xəbər verilir.İşdə hökumətin əli olduğunu təsdiqləyən dəlillər mövcuddur, hesabat müəlliflərindən biri deyib.Suriya hökuməti hesabatı şərh etməyib. Dəməşq münaqişənin davam etdiyi 34 ay ərzində insan haqlarının pozulması barədə ittihamları rədd edir.

Hesabat İsveçrədə keçiriləcək Suriya üzrə sülh danışıqlarının başlanmasından bir gün əvvəl açıqlanıb.Britaniyanın "Qardian" qəzeti və Amerikanın CNN teleşirkəti tərəfindən dərc olunmuş məlumatlar Suriya üsyançılarını dəstəkləyən Qətər hökumətinin sifarişi ilə hazırlanıb.

Bildirilir ki, hesabatın əsaslandığı 11 min məhbusa aid 55 minədək rəqəmsal dəlil başqa məlumatlarla yanaşı ölkə kənarına hərbi polis fotoqrafçısı tərəfindən çıxarılıb.Sənədlərdə adı Sezar kimi təqdim olunan həmin şəxs müstəntiqlərə bildirib ki, onun işi edamın həyata keçirilməsini sənədləşdirmək üçün meyitlərin şəkillərini çəkməkdən ibarət olub.

"Gün ərzində 50-dək meyit olardı. Hər bir meyitin şəkilini çəkmək üçün 15-30 dəqiqə vaxt tələb olunurdu”, Sezar hesabat müəlliflərinə bildirib.O, işgəncə və edam hallarını şəxsən görmədiyini deyib.

2011-ci ildən ötən ilin avqust ayınadək zaman kəsiyini əhata edən fotoşəkillərdə bir qadından başqa təsvir edilənlərin hamısı kişilərdir.Araşdırmaçılara əsasən şəkillərin əksəriyyəti cılız dərəcədə arıqlamış, üzərində işgəncə əlamətləri olan cəsədləri əks etdirir.

Hesabatın müəlliflərindən biri professor Ser Geoffrey Nice BBC-nin Newsday programına deyib ki, qətllərin miqyası və müntəzəm xarakteri işdə hökumətin əli olduğunu təsdiqləyən dəlil təşkil edir.

Məlumatlar Suriya hökuməti və mühacirətdə əsas müxalifət birliyi olan Milli Koalisiya arasında İsveçrədə çərşənbə günü keçiriləcək danışıqlardan əvvəl ortaya çıxarılıb.Bazar ertəsi BMT-nin baş katibi konfransın əsas mövzusu olan keçid hökumətinin yaradılması planına İranın dəvətini ləğv edib.Bəşər Əsəd hökumətini dəstəkləyən İranın konfransa dəvət olunması ABŞ tərəfindən etirazla qarşılanıb.

Milli Koalisiya isə Tehranın tədbirdə təmsil oldunduğu təqdirdə konfransa qatılmayacağını elan edib.Rusiya İranın iştirak etməməsini “səhv” adlandırıb.İsveçrədə keçiriləcək konfrans aylarla aparılan diplomatik danışıqların yekunudur.Ötən ilin may ayında münaqişə tərəflərini bir araya gətirmək barədə ABŞ və Rusiya arasında razılıq əldə olunub.

Ömər Dağlı

01-20 .23:20

Suriya ordusu tərəfindən işgəncə ilə və ac saxlamaqla öldürülən müxalifətçilərin fotolarını çəkən polis əməkdaşı 11 qurbana aid 55 min foto ilə Suriyadan qaçıb.

Fotolardan bir qismi Türkiyənin “Anadolu” agentliyinə təqdim edilib.

Həmin fotoları təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm