Dəmiryolu vağzalında partlayış baş verib
Bizi izləyin

Dünya

Dəmiryolu vağzalında partlayış baş verib

Çinin Urumçi şəhərində dəmiryolu vağzalında partlayış baş verib.

Çinin Urumçi şəhərində dəmiryolu vağzalında partlayış baş verib.

Hadisənin təfərrüatları və zərəçəkənlər haqqında məlumatlar araşdırılır.

Partlayış baş verən əraziyə təcili yardım maşınları və polislər toplaşıblar. Hadisə yerində çoxlu sayda yaralıların olduğu bildirilir.

Çinin “Sinxua” informasiya agentliyi xəbər verir ki, artıq polis qüvvələri ərazini mühasirəyə alıb, kənar şəxslərin hamısını ərazidən təxliyyə edilirlər. Yaralılar isə xəstəxanalara göndərilir. Həmin istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Urumçi şəhərində partlayış Çin Xalq Respublikasının rəhbəri Si Tsinpinin Uyqur Muxtar rayonunun paytaxtı Sintsyana və ümumilikdə regiona olan 4 günlük səfəri başa çatandan bir neçə saat sonra baş verib. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm