Ukraynanın hərbi vertolyotlarını Rusiya vurub? – Şok iddia
Bizi izləyin

Dünya

Ukraynanın hərbi vertolyotlarını Rusiya vurub? – Şok iddia

Ukraynanın hərbi vertolyotlarını Rusiya vurub? – Şok iddia

Slavyansk şəhərində vurulan “Mİ-24” hərbi vertolyotu yüksək ixtisaslı xarici hərbi mütəxəssislər tərəfindən vurulub.

Publika.az – unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin terrorçuluğa qarşı mübarizə mərkəzi bildirib.

Məlumata görə, vertolyot daşına bilən zenit-raket kompleksi olan PZRK ilə vurulub. “Terrorçuluğa qarşı əməliyyatın həyata keçirildiyi ərazidə yüksək ixtisaslı xarici hərbi mütəxəssislər var. Onlar yerli dinc əhali deyil. Onlar Rusiya rəhbərliyinin təmin etdiyi silahlara malikdir”, - mərkəzin xəbərində deyilir.

Ukrayna Təhlükəsizlik Xidmətinin terrorçuluğa qarşı mübarizə mərkəzindən bildirilib ki, Kramatorsk ərazisində vertolyotun vurulması da eyni əlamətlərə malikdir: “Mütəxəssislərin qiymətləndirməsinə görə, vertolyot PZRK raketi ilə 1,5 kilometr məsafədən vurulub”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm