Rusiya və Türkiyə birgə fond yaradır
Bizi izləyin

Dünya

Rusiya və Türkiyə birgə fond yaradır

Rusiya və Türkiyə 2017-ci ildə birgə investisiya fondu yarada bilər.

Rusiya və Türkiyə 2017-ci ildə birgə investisiya fondu yarada bilər.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda türk həmkarı Binəli Yıldırımla görüşdən sonra Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.

“Biz məzmunlu danışıqlar apardıq. Ticarət, investisiyalar, neft-qaz, atom energetikası, sənaye, yüksək texnologiyalar və kənd təsərrüfatı, ümumiyyətlə, bizim bütün münasibətlərimizi xarakterizə edən məsələləri müzakirə etdik”, - Medvedev deyib.

O, həmçinin əminliyimi ifadə edib ki, iki ölkənin münasibətlərindəki çətin səhifə arxada qalıb. Medvedev bildirdi ki, Rusiya da yaxın vaxtlarda “Türk axını” üzrə razılaşmanı təsdiq edəcək. Rusiyanın baş naziri razılaşmanın Türkiyə tərəfindən təsdiqini müsbət hal adlandırıb.

Medvedevin sözlərinə görə, Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının birinci bloku 2023-cü ildə istifadəyə verilə bilər. O, qeyd edib ki, Rusiya və Türkiyə arasında Suriyadakı vəziyyət üzrə dialoq tam həcmdə bərpa edilib və dialoq davam etdiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm