Berlin və Vaşinqton Moskvaya qarşı birləşdilər
Bizi izləyin

Dünya

Berlin və Vaşinqton Moskvaya qarşı birləşdilər

Berlin və Vaşinqton Moskvaya qarşı birləşdilər

ABŞ və Almaniya Rusiyanı yeni sanksiyalarla hədələyib.

Publika.az – ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyaya qarşı növbəti sanksiyalar barədə xəbərdarlıq Almaniya kansleri Angela Merkelin ABŞ-a səfərində səsləndirilib.

A.Merkel ABŞ prezidenti Barak Obama ilə görüşdükdən sonra ortaq mətbuat konfransı keçirib. ABŞ dövlət başçısı Rusiyanın Ukrayna siyasətinin dəyişməyəcəyi halda, Qərbin sanksiyalardan başqa seçimin olmayacağını bildirib.

“Əgər Rusiyanın növbəti hərəkətləri nəticəsində Ukraynada seçkilər olmayacaqsa, Rusiyanı diplomatik və iqtisadi təcrid gözləyir. Bizim başqa seçimimiz olmayacaq”, - A.Merkel ABŞ prezident ilə həmfikir olduğunu dilə gətirib.

Almaniya kansleri Rusiyanın Cenevrə razılaşması üzrə öhdəlikləri yerinə yetirmədiyini deyib.

Almaniyanın ən böyük şirkətləri isə Merkeldən Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi barədə ABŞ prezidenti B.Obamanın təşəbbüsünə məhəl qoymamağı xahiş edib.

Moskva isə Qərbin sanksiyalarını “mənasız” hesab edir. Xatırladaq ki, ABŞ və Avropa Birliyi bir neçə gün əvvəl Rusiyaya qarşı növbəti sanksiyaları tətbiq edib. Vaşinqton sanksiyaları daha sərtdir. ABŞ genişləndirilmiş “qara siyahı”ya Rusiyanın yüksək vəzifəli siyasətçilərı, biznesmenləri və 17 şirkətin adını əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm