Mustafa Cəmilov Krıma girə bilmədi
Bizi izləyin

Dünya

Mustafa Cəmilov Krıma girə bilmədi

Krımın girişində nəzarət-buraxılış məntəqəsi qurmuş rus əsgərləri Krım-tatar xalqının lideri Mustafa Cəmilovu yarım adaya buraxmayıblar.

Krımın girişində nəzarət-buraxılış məntəqəsi qurmuş rus əsgərləri Krım-tatar xalqının lideri Mustafa Cəmilovu yarım adaya buraxmayıblar.

Mustafa Cəmilov artıq geri Kiyevə qayıdır. Rus əsgərləri onu qarşılamağa çıxan Krım tatarlarını isə geri yarımadaya buraxıblar.

Xatırladaq ki, Krımın Armyansk qəsəbəsində krım-tatar xalqının lideri Mustafa Cəmilovu qarşılayan kütlə ilə rus hərbçilərinin arasında toqquşma olmuşdu. 1000-ə yaxın Krım tatarı rusların yola qurduğu barrikadanı yararaq Krım sərhədini keçə bilmişdi. Rusiya əsgərləri havaya atəş açımışdılar.

Nəzarət-buraxılış məntəqəsində Rusiya OMON-nun 200 silahlı əsgəri var. Yolu bir tank və 1 zirehli döyüş maşını kəsib.

Rusiya hakimiyyəti Mustafa Cəmilovun Krıma və Rusiyaya girişinə 5 il qadağan qoyub. Öz xalqının vətəninə qayıtması uğrunda mübarizə aparan Mustafa Cəmilov 15 il sovet həbsxanalarında yatıb. Bu il Nobel mükafatına onun namizədliyi verilib. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm