ABŞ-da meşə yanğınları başlayıb
Bizi izləyin

Dünya

ABŞ-da meşə yanğınları başlayıb

Oklahoma ştatında onlarla ev külə dönüb Havalar istiləşən kimi Amerika Birləşmiş Ştatlarını meşə yanğınları öz cənginə alıb. Bu dəfə ölkənin mərkəzi ştatlarından olan Oklahomada təbii yanğınlar baş verib. Oklahomanın Qutri şəhərində başlayan yanğın qısa vaxt ərzində böyük bir ərazini əhatə edib və yanğınsöndürənlər bütün gecə alovu nəzarət altına almağa çalışıblar.

Qutri şəhəri yaxınlığında onlarla ev yanaraq külə dönüb. Amerika Qızıl Xaç Komitəsi yanğının 20 kvadrat kilometrə yaxın ərazini əhatə etdiyini və bu sahənin hər ötən saat daha da genişləndiyini açıqlayıb.

Meşə yanğınına Oklahoma ştatında quru-isti və küləkli hava şəraitinin səbəb olduğu ehtimal edilir (anspress).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm