Dünya
Putin Obamanı necə “sındırdı”, yaxud “qara oğlan”ı bitirən ÜÇ SƏBƏB
Bu gün Barak Obama Ağ Evi tərk edir. ABŞ-ın ilk
qaradərili prezidenti, Şərq leksikonu ilə desək “qara oğlan” yerini
Donald Trampa verir. “Gallup” İnstitutunun məlumatına görə, 58 faiz
amerikalı Obamanın vəzifəsinin öhdəsindən layiqincə gəldiyini
düşünür. Lakin dünyanın mənzərəsi isə fərqli şeylər haqqında
danışıb.
Publika.az xəbər verir ki, Obama dünyanı sözün əsil
mənasında öz rənginə boyayıb gedir.
“Xoş niyyətlə cəhənnəm yaratmaq”. ABŞ-ın 44-cü
prezidentinin fəaliyyətini bu ifadə ilə xarakterizə etmək
mümkündür.
O, Amerikanı daxildən modernləşdirməyə, iqtisadiyyatını və
cəmiyyətini sağlamlaşdırmağa, həmçinin oğul Buş dövründə sarsılmış
beynəlxalq mövqelərini möhkəmləndirməyə səmimiyyətlə çalışırdı.
Lakin nəticə heç də ürəkaçan olmadı və Amerika daha çox bataqlığa
yuvarlandı, həm xaricdə, həm də daxildə.
Buşun müharibələri və Məsihə çevrilən “qara
oğlan”
Prezident səlahiyyətlərinə başladığı ilk dövrdə Obama planetin ən
məşhur insanlarından biri idi. İlk qaradərili prezident Amerika
xəyallarının reallaşmasının, ölkənin yenilənməsinin simvoluna
çevrilmişdi. Oğul Buşun müharibələri və “böyük düşmən” obrazı
yaratması Amerikanı təngə gətirmişdi. Obama az qala Məsihə çevrildi
və xilaskar olaraq qəbul edildi. Sonda isə o, ABŞ-ın ən uğursuz
liderlərindən biri oldu. Amerika cəmiyyəti parçalandı, bədbinləşdi,
dünya isə bu super gücə nifərtlə, kinlə yanaşmağa başladı.
Seksual azlıqların inqilabı
Obama gələr-gəlməz antiböhran planı qəbul etdi, seksual azlıqların
diskriminasiyaya uğramasının qarşısını almaq üçün addımlar atdı.
Bu, dünya üçün inqilab idi. Bir sıra əhəmiyyətli qanunların
təşəbbüskarı kimi çıxış etdi. Miqrasiya qanunlarını yumşaltdı,
qeyri-leqal miqrantların ABŞ-da qanuni yaşamasına şərait yaratdı.
Əsasən tibbi sosial sığortanı əhalinin kasıb təbəqəsinin də üzünə
açmaqla növbəti inqilabını etdi.
Çinlə əməkdaşlıq, Rusiyaya qarşı yumşalma
Obama xaricdə ABŞ-ın mövqelərini bərkitməyə və hegomonluğunu təmin
etməyə çalışırdı. Onun gəlişi ilə Amerika Avropa və Asiyada
müttəfiqləri ilə daha çox yaxınlaşdı. Çinə strateji əməkdaşlıq
təklif etdi, Rusiyaya qarşı yumşaldı. “Quantanamo” həbsxanasını
bağlayacağını desə də, bacarmadı. O, qlobal xeyriyyəçi rolunu
üzərinə götürməyə çalışırdı. Buşun hərbi müdaxilə siyasətindən
imtina etdi, görünən o idi ki, daha real xarici siyasət aparmağa
üstünlük verdi. Rusiyaya qarşı demokratiya və insan haqları ilə
bağlı tənqidləri azaltdı. NATO-nun Ukraynaya girişini təxirə saldı.
Hətta 2010-cu ildə Rusiyanın post-sovet məkanında nüfuzunu de-faktı
tanıdı.
Əsəd onu necə bitirdi?
2011-ci ildə “ərəb baharı” başlayandan sonra isə o, dəyişməyə
başladı və verdiyi vədləri asanlqla unutdu. Bəşər Əsədin getməsini
tələb etdi, əks təqdirdə müdaxilə edəcəkdi. Beləliklə, Suriyada
vətəndaş müharibəsinin başlamasına səbəb olan addımlar atdı.
Xüsusilə Əsədin getməsi üçün atdığı addımların uğur qazanmaması
regionda ona qeyri-ciddi münasibət formalaşdırdı.
Putinin müdaxiləsi
Rusiyanın Suriyaya müdaxiləsi isə Obama üçün alçaldıcı vəziyyət
yaratdı. Putin nəinki Əsədin getməsinin qarşısını aldı, həmçinin
regionda ABŞ təsirlərini məhv etdi. Türkiyəyə qarşı yanlış siyasət
Ankaranın Moskva ilə yaxınlaşmasına səbəb oldu.
Təbii ki, Obamanın xarici siyasəti başdan-ayağa qara deyil. Misal
üçün, İranla nüvə razılaşması, Kuba ilə münasibətlərin bərpası,
Hindistanla yaxınlaşma, Trans-Sakit okean bölgəsində müttəfiqlərlə
sazişin imzalanması kimi müsbət addımlar atmağı bacardı. Lakin yeni
administrasiyanın Obamanın mirasını qəbul edib-etməyəcəyi hələ ki
sual altındadır.
Bəs niyə Məsih kimi qəbul edilən Obama belə uğursuzluğa
düçar oldu? Niyə prezidentliyinin ilk dövründə ABŞ-ın nüfuzunu
artıran prezident ikinci dövrdə üzüaşağı yuvarlanmağa
başladı?
Yenilənmə bəlası: SSRİ-nin birinci və sonuncu
prezidenti Mixail Qorbaçov məhz yenidənqurmanın qurbanı oldu.
Hərçənd, onun missiyasının əslində yenidənqurma ilə imperiyanı
dağıtmaq olduğu haqda iddialar var. Lakin gerçək odur ki, Qorbaçov
yenidənqurma ilə həm də öz postunu itirdi. Obama haqqında da eyni
sözləri demək olar. ABŞ-ın yenilənməsi siyasəti onun nüfuzdan
düşməsinə gətirib çıxartdı.
1. Hər kəs ondan möcüzələr gözləyirdi, lakin bu
olmadı.
2. Obama lap başdan müqavimətlə qarşılaşdı.
Respublikaçılar onun yenilənmə siyasətinə qarşı çıxdılar. Bir çox
halda Obama özü buna şərait yaratdı. Çünki o respublikaçıların
fikrinə məhəl qoymadan addımlar atdı və daxili müqaviməti
yetişdirdi.
3. Obamanın ən böyük səhvi dünyanı yanlış oxuması
oldu. O düşünürdü ki, dünya Amerikanın oxu ətrafında birləşəcək.
Lakin bilmirdi ki, dünya artıq əvvəlki deyil. O, ölkələrin
maraqlarını və mövqelərini nəzərə almadan siyasət aparmağa üstünlük
verdi. Bundan isə yalnız Amerikanın özü itirdi.
İndi əsas sual budur: Tramp ABŞ-ın dünyadakı nüfuzunu gücləndirə və
fövqəlbəşər dövlət olmaq arzularını reallaşdıra biləcəkmi?
Asif
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO