İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb
Bizi izləyin

Dünya

İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb

98 nəfərin cəsədi var.

İraqın Tikrit şəhərində Prezident Sarayının ərazisində 98 nəfərin cəsədinin olduğu kütləvi məzarlıq aşkarlanıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, İraq xüsusi xidmət orqanları bu şəxslərin İŞİD terror təşkilatının qurbanları olduğunu bildirib.

Ehtimal edilir ki, öldürülənlər 2014-cü ilin ortalarında İraqın şimal və şərqində böyük bölgələr ələ keçirən İŞİD-in təqibindən qaçmağa çalışan əsgərlərdir. Həmin vaxt İŞİD 1700 əsgərin edam edildiyini, 800 sünni əsgərin isə "bağışlandığı"nı bəyan etmişdi.

Qeyd edək ki, Tikrit 2015-ci ilin martında azad edilib. İndiyə qədər şəhərdə bir neçə kütləvi məzarlıq aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm