İranla Səudiyyə arasında Həcc ziyarəti danışıqları başladı
Bizi izləyin

Dünya

İranla Səudiyyə arasında Həcc ziyarəti danışıqları başladı

Səudiyyə Ərəbistanı isə İranı Həcc ziyarətini siyasiləşdirməkdə ittiham edib.

İranın Həcc ziyarəti işləri üzrə naziri Hamid Muhammedinin rəhbərlik etdiyi nümayəndə heyəti Ciddəyə səfər edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində iranlı nümayəndə heyəti Ciddədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə ziyarəti işləri naziri Muhammed Salih bin Tahirlə görüşüblər.

Görüş zamanı bu il İrandan Həcc ziyarətinə gələcək zəvvarların təhlükəsizliyi və qalacağı şəraitlə bağlı məsələlər müzakirə olunub.

Xatırladaq ki, 2016-cı ildə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərdə yaranan gərginlik səbəbindən iranlı zəvvarlar Həcc ziyarətinə göndərilməyib. Səudiyyə Ərəbistanı isə İranı Həcc ziyarətini siyasiləşdirməkdə ittiham edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm