Tramp ABŞ-ın hərbi büdcəsini artırmağı təklif etdi
Bizi izləyin

Dünya

Tramp ABŞ-ın hərbi büdcəsini artırmağı təklif etdi

ABŞ dünyada ən böyük hərbi büdcəyə malikdir.

ABŞ prezidenti Donald Tramp 2018-ci ildə ölkənin hərbi büdcəsini 54 milyard dollar artırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu haqda Ağ Evdəki mənbələrə istinadən “Associated Press” agentliyi bildirib.

Agentlik bildirir ki, beləliklə, ABŞ lideri ölkə müdafiəsində genişmiqyaslı islahatların aparılması üzrə seçkiqabağı vədləri yerinə yetirə biləcək.

ABŞ dünyada ən böyük hərbi büdcəyə malikdir. 2017-ci il maliyyə ilində ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 611 milyard dollar alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm