Tramp Obamanı ittiham etdi: SƏBƏB
Bizi izləyin

Dünya

Tramp Obamanı ittiham etdi: SƏBƏB

Bu, siyasətdir. Hər şey təşkil edilib.

ABŞ-ın keçmiş prezidenti Barak Obama və onun komandası Ağ Evi etibardan salan informasiyaların KİV-ə sızdırılmasının arxasında dayana bilər.

Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

Donald Tramp bunu milli təhlükəsizlik nöqteyi-nəzərindən çox pis hal adlandırıb. ABŞ prezidentinin sözlərinə görə, Obamanın komandası həmçinin respublikaçılara qarşı keçirilən etiraz aksiyaları ilə bağlı ola bilər.

“Bu, siyasətdir. Hər şey təşkil edilib. Bu halda heç vaxt dəqiq bilmək olmaz ki, əslində kulislərin arxasında nə olur”, - deyə Donald Tramp vurğulayıb.

Qeyd edək ki, Tramp Ağ Evin daxili “mətbəxi” haqqında informasiyaların KİV-ə sızdırılması ilə əlaqədar hiddətini dəfələrlə ifadə edib. Mənbələrə istinadən CNN telekanalı bildirib ki, Tramp səlahiyyətli orqanlar tərəfindən prezident aparatının əməkdaşlarının telefonlarının yoxlanılmasına razılıq verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm