Ermənilərdən gözlənilən cavab: “Keçmişə qayıtmaqdan söhbət gedə bilməz”
Bizi izləyin

Dünya

Ermənilərdən gözlənilən cavab: “Keçmişə qayıtmaqdan söhbət gedə bilməz”

Ermənilərdən gözlənilən cavab: “Keçmişə qayıtmaqdan söhbət gedə bilməz”

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin son bəyanatına qondarma Dağlıq Qarabağ qurumunun “Xarici İşlər Nazirliyi” münasibət bildirib.

Publika.az – ın erməni mediasına istinadən verdiyi məlumata görə, açıqlanan bəyanatda “Dağlıq Qarabağ Respublikası”nın münaqişənin həlli perspektivləri barədə mövqeyinin dəyişməz olduğu qeyd edilib.

“Keçmişə qayıtmaqdan söhbət gedə bilməz. Dağlıq Qarabağın taleyi 1991-ci ildə müstəqillik referendumunda xalqın qanuni iradəsi ilə müəyyən edilib. Müstəqillik və Dağlıq Qarabağ Respublikasının təhlükəsizliyi hər hansı bir sövdələşməyə aid olmayan xüsusi dəyərdir. Hesab edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə səyləri mövcud reallıqların nəzərə alınması ilə münaqişənin həlli üzrə mexanizmlərinin hazırlanmasına yönəlməlidir. Bu iki müstəqil dövlətin - Azərbaycan və Dağlıq Qarabağ Respublikasının sülh şəraitində yaşamasını təmin edəcək”.

Qeyd edək ki, dünən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtondakı Kornegi Mərkəzində Qarabağ probleminə dair geniş məruzə ilə çıxış edib.

Həmsədrin münaqişənin həll edilməsi üçün əsas hesab etdiyi prinsipləri aşağıdakı kimi sıralayıb:

1. Tərəflər Dağlıq Qarabağın müvəqqəti statusu ilə razılaşır və onun yekun hüquqi statusunun Dağlıq Qarabağ əhalisinin iradəsi əsasında müəyyən edilməsi gələcəyə saxlanılır.

2. Müvəqqəti status minimum təhlükəsizliyə və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan ərazilərin özünüidarəsinə zəmanət verməlidir.

3. Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır.

4. Laçından Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. Dəhliz əlaqələr üçün kifayət edəcək qədər geniş olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.

5. Qaçqınlar və köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdır.

6. Tənzimləmə beynəlxalq zəmanətləri və sülhməramlı əməliyyatı nəzərdə tutmalıdır.

Ermənistanın müdafiə naziri Seyran Oqanyan isə amerikalı həmsədrin bəyanatına cavab olaraq erməni ordusunun gücündən danışıb.

“Erməni ordusu öz resursları və səfərbər ehtiyatı ilə güclüdür. Erməni ordusu Dağlıq Qarabağın təhlükəsizliyinin zaminidir. Lazım gələrsə, torpağın hər qarışını müdafiə edəcəyik”, - erməni nazir deyib.

Sözügedən təkliflərə ABŞ-dakı erməni lobbisi də qarşı çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm