Dünya
Böyük müharibə HAZIRLIĞI: qanla dəyişdirilən xəritə və MƏXFİ PLAN
Obamadan sonra Donald Trampın qana boyanmış və xaosun
hökm sürdüyü Yaxın Şərqdə nə edəcəyi maraqlıdır. Tramp hərbi
müdaxilə yolunumu tutacaq, yoxsa, tam əksinə, Yaxın Şərqi öz başına
buraxacaq? Vaşinqton nə düşünür, nəyi planlaşdırır, hansı addımları
atacaq? Bu suallara cavab tapmaq hələ ki çətindir. Bununla yanaşı,
bizim üçün aktual olan məsələ Trampın İranla bağlı siyasətidir. Bu
siyasət hərbi müdaxilə mərhələsinə keçərsə, Azərbaycan qonşuluğunda
böyük müharibənin başlanması deməkdir. Deməli, baş verənlər və
regionun taleyi dolayısı ilə bizi də maraqlandırır.
Publika.az xəbər verir ki, ABŞ-da Beynəlxalq Tədqiqatlar
Mərkəzinin (CSIS) Yaxın Şərq proqramının direktoru, Rusiya
prezidenti Vladimir Putinin “Valday” klubunun eksperti Con
Altermanom ABŞ-ın Yaxın Şərq planlarını şərh edib.
Ekspert hesab edir ki, Tramp administrasiyası hələlik Yaxın Şərqdə
hansı prioritetləri izləyəcəyini müəyyən etməyib: “Əgər hədəf
terrorizmlə mübarizədirsə, onda bu, bir istiqamətdir. Yox, İrana
qarşı hücumdursa, bu, tamam başqa məsələdir. Tramp hələlik Yaxın
Şərq və İranla bağlı konkret planın üzərində dayanmayıb. Lakin
müəyyən planların hazırlandığı da dəqiqdir”.
Onun sözlərinə görə, terrorla mübarizə aparmağın öz çətinlikləri
var: “Əgər siz terrorla mübarizəni prioritet elan edirsinizsə, belə
problem yaranır: ekstremistlər bir uğurlu hücumla sizi məğlub
duruma salır. Çünki istənilən uğurlu terror aktı onların qələbəsi
deməkdir. Yəni bütövlükdə terrora qarşı uğurlu əməliyyatlar
keçirirsiniz, lakin bir, ya iki terror aktı bu uğuru alt-üst edir.
Bu məsələ olduqca çətindir”.
C.Altermanom deyir ki, amerikalılar hansısa mükəmməl nizamın
qurulmasında yox, həmişə prosesləri qaydaya salmaqda
maraqlıdırlar.
“Ərəb dünyası Amerikanı yanlış anlayır: orada çoxları səmimiyyətlə
inanır ki, Vaşinqton əvvəlcə “ərəb baharı”nı təşkil etdi, sonra öz
siyasətini yeritdi. Əslində bu, tamamilə belə deyil. Məsələn,
“Müsəlman qardaşları” Misirdə seçki ilə hakimiyyətə gəldi. Onlar
uğurludursa, deməli hakimiyyətdə qalmalıdırlar. Əgər uğursuzdursa,
vətəndaşlar onları seçkilərdə hakimiyyətdən uzaqlaşdıracaqlar. Belə
alındı ki, hərbiçilər “Müsəlman qardaşları”nı devirdi. Misirdən
olan dostlarım məndən soruşurlar: “Siz “Müsəlman qardaşları”nı
dəstəkləyirdiniz?”. Mən cavab verirəm ki, xeyr. Biz prosesi
dəstəkləyirdik. Yəni, kim yaxşı idarə edir, o hakimiyyətdə qalır,
kim pis idarə edir, o gedir. Bu prinsip səhv qərarlardan sığorta
etmir, lakin eyni səhvin təkrarlanmamasını təmin edir. Amerikada da
belədir. Çoxları Trampın prezident olmasını istəmirdi. Lakin o
seçiləndən sonra, heç kim bunun legitimliyinə şübhə etmir. Hesab
edirəm ki, ABŞ Yaxın Şərqdə proseslərə uyğun hərəkət edərsə, uğur
qazanacaq. Yox əgər “var güclə hakimiyyəti qoru” prinsipi ilə
yanaşsa, uğursuzluğa düçar olacaq. Necə ki, Liviyada bu prinsip
ölkəni uçuruma apardı”, - deyə o bildirib.
Amerikalı ekspert qeyd edib ki, Yaxın Şərqdə diktatorlar epoxası
sona çatdı: “Lakin güclü hökumətlər dövrü başa çatmayıb. Sadəcə
olaraq, indi sadə insanlar idarəçiliyə müəyyən qədər də olsa təsir
edə bilirlər”.
Asif
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi