İki uşaq anası özünü öldürdü - Əri iş yoldaşını zorladığına görə
Bizi izləyin

Dünya

İki uşaq anası özünü öldürdü - Əri iş yoldaşını zorladığına görə

Çoxlu qan itirən Rəbiyə həlak olub.

Türkiyədə intihar hadisəsi qeydə alınıb.

Milli.Az "gazetevatan"a istinadla bildirir ki, iki uşaq anası Rəbiyə Qaraqaya özünü 4-cü mərtəbədən atıb. Çoxlu qan itirən Rəbiyə həlak olub.

Hadisə ötən gün gecə saat 3-də baş verib. Deyilənlərə görə, o, əri təcavüzdən həbsə girdikdən sonra depressiyaya düşdüyünə görə canına qəsd edib.

Qeyd edək ki, onun bələdiyyədə işləyən əri bir müddət əvvəl həmkarına təcavüz edib. O, məhkəmənin qərarı ilə həbs edilib. İki uşağı ilə başsız qalan qadın qonşuların onunla əlaqəni kəsməsindən sonra depressiyaya düşərək intihar edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm