CİA-nın Almaniyada GİZLİ MƏRKƏZİ fəaliyyət göstərir - SƏNƏDLƏR
Bizi izləyin

Dünya

CİA-nın Almaniyada GİZLİ MƏRKƏZİ fəaliyyət göstərir - SƏNƏDLƏR

Dərc edilmiş sənədlərin arasında kiber casuslar üçün təlimat var.

Almaniyanın Frankfurt-Mayn şəhərində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) haker mərkəzi yerləşir.

Publika.az xəbər verir ki, bu haqda “WikiLeaks”ın dərc etdiyi MKİ-nin sənədlərində deyilir.

Məxfi materiallarda qeyd edilir ki, hakerlər Amerika konsulluğunda yerləşir, Avropa, Yaxın Şərq və Afrikada fəaliyyət göstərirlər. Mütəxəssislər diplomat adı ilə Almaniyada yerləşiblər.

Dərc edilmiş sənədlərin arasında kiber casuslar üçün təlimat var. Bildirilir ki, gizli mərkəzin əməkdaşları heç bir halda elektron qurğuları sahibsiz qoymamalıdır. Bununla belə, hakerlərə müəyyən miqdarda spirtli içkilər qəbul etməyə icazə verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm