Almaniyada terror aktının qarşısı alındı
Bizi izləyin

Dünya

Almaniyada terror aktının qarşısı alındı

Terrorçular ticarət mərkəzində partlayış törətməyi planlaşdırırmışlar.

Almaniyanın Essen şəhərində polis “Limbecker Platz” ticarət mərkəzində terror aktının qarşısını alıb.

Publika.az xəbər verir ki, polisə terror hücumunun yeri və vaxtı barədə dəqiq məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra ticarət mərkəzində olanlar təxliyə edilib, bina mühasirəyə alınıb.

Məlumata görə, əməliyyat zamanı iki nəfər saxlanılıb. Saxlanılanlar dindirilib, onların evlərinə baxış keçirilib.

Terror aktının İŞİD qruplaşması tərəfindən hazırlandığı bildirilir. Terrorçular ticarət mərkəzində partlayış törətməyi planlaşdırırmışlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm