Rusiyada iki dəfə zəlzələ oldu
Bizi izləyin

Dünya

Rusiyada iki dəfə zəlzələ oldu

Sunami təhlükəsi elan olunmayıb.

Son sutka ərzində Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində 2 dəfə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" Rusiya Elmlər Akademiyasının Geofizika xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, birinci zəlzələ 4,8 bal gücündə olub. Yeraltı təkanların episentri Ust-Kamçatskda, rayon mərkəzindən 70 kilometr cənubda yerləşib.

Kamçatka zahillərindəki daha bir zəlzələ 4,2 bal gücə malik olub. İkinci yeraltı təkan Sakit okeanda, Petropavlovsk-Kamçatskdan 199 kilometr cənub-şərqdə qeydə alınıb.

Hər iki zəlzələ yaşayış məntəqələrində hiss edilməyib. Tələfat və dağıntı yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm