Bolqarıstanda növbədənkənar parlament seçkiləri
Bizi izləyin

Dünya

Bolqarıstanda növbədənkənar parlament seçkiləri

Bu, 2013-ci ildən bəri Bolqarıstanda keçirilən üçüncü növbədənkənar parlament seçkilərdir.

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilib.

Exit-polların məlumatına əsasən GERB partiyası seçkilərdə 32,8 faiz səs yığaraq qalib gəlib. GERB partiyasının əsas rəqibi - Bolqarıstan Sosialist Partiyası (BSP) 28,4 faiz səslə ikinci yerdədir. Bundan başqa, Birləşmiş Millətçilər 8,8 faiz, Hüquq və Azadlıqlar Uğrunda Hərəkat 7,7 faiz, VOLYA (iradə) 4,6 faiz, Reformatorlar Bloku 3,8 faiz səslə Bolqarıstan parlamentinə daxil olublar.

Bu, 2013-ci ildən bəri Bolqarıstanda keçirilən üçüncü növbədənkənar parlament seçkilərdir. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm