Polisin qətl törətməsi xalqı küçələrə tökdü – FOTOLAR - VİDEO
Bizi izləyin

Dünya

Polisin qətl törətməsi xalqı küçələrə tökdü – FOTOLAR - VİDEO

Parisdə 56 yaşlı Li Şayonun polis tərəfindən qətlindən sonra toqquşmalar başlanıb.

Parisdə 56 yaşlı Li Şayonun polis tərəfindən qətlindən sonra toqquşmalar başlanıb.

Publika.az xəbər verir ki, bu haqda “Le Parisien” qəzeti bildirib.

Parisin 19-cu dairəsində polis bölməsinin yanında keçirilən dinc nümayiş sonradan qarşıdurmalara çevrilib. Naməlum şəxslər polis avtomobilinin şüşələrini sındıraraq onu yandırmağa çalışıblar. Polis insanları qovmağa başlayıb. Aksiya iştirakçıları polisə daşlar və butulkalar atıblar.

Toqquşmalar nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı yaralanıb. Ən azı 35 nəfər saxlanılıb.

Qeyd edək ki, martın 27-də baş vermiş hadisə toqquşmalar üçün səbəb olub. Məlumata görə, iki polis məişət davası haqqında informasiyanı yoxlamaq üçün mənzilə gəlib və polislərdən biri Li Şayonu vurub. Polislər iddia edirlər ki, kişi onların üzərinə qayçı ilə hücum edib. Şayonun qızı bildirib ki, onun atası polislərə hücum etməyib. Sadəcə, Şayo polislərin gəldiyi anda mətbəx qayçısı ilə balığı kəsirdi və qapını açmağa qeyri-ixtiyari olaraq qayçı ilə gedib. Ailənin vəkilinin sözlərinə görə, polislər səlahiyyətlərindən sui-istifadə ediblər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm