Qar uçqunu və tornado ABŞ-da həyatı iflic etdi
Bizi izləyin

Dünya

Qar uçqunu və tornado ABŞ-da həyatı iflic etdi

Amerika Birləşmiş ştatlarının mərkəzindəki Missuri və Kolorado ştatları tornadodan sonra özünə gəlməmiş, indi də Kolorado və Vayominq ştatlarında güclü qar çovğunu baş verib. ABŞ Milli Hava Xidməti Koloradonun şimalında və Vayominqin cənubunda yeni qar çovğunu xəbərdarlığı edib.



Daha bir mərkəzi ştat olan Nebraskadan isə tornado keçib. Burada tornado ağacları aşırıb, elektrik naqillərinə və evlərə ziyan vurub. Kanzas və Oklahoma ştatlarında isə yenidən tornado xəbərdarlığı edilib və dolu yağacağı da proqnozlaşdırılıb. Arizona, Nevada və Nyu-Meksiko ştatlarında isə güclü külək yaşayış məntəqələrinə ziyan vurub.



ABŞ-ın mərkəzi ştatlarında qış havasının hökm sürdüyü bir vaxtda, Los-Anceles və Las-Veqas ştatlarında isə isti və quru havanın meşə yanğınlarına səbəb olacağı ehtimalı ilə əlaqədar «qırmızı xəbərdarlıq» edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm