Rusiyanın döyüş gəmisi İstanbul boğazında toqquşub, BATDI - CANLI YAYIM - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Rusiyanın döyüş gəmisi İstanbul boğazında toqquşub, BATDI - CANLI YAYIM - (YENİLƏNDİ)

Türkiyə KİV-nin ən son yaydığı məlumata görə, toqquşma sonrası hər iki gəmi batıb.

***

Qara dənizdə yük gəmisi ilə toqquşan Rusiyanın hərbi gəmisindəki 78 heyət üzvünün hamısı xilas edilib.

Publika.az
xəbər verir ki, toqquşmaya səbəb bölgədəki qatı sis və dumanın olduğu deyilir.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, Qara dəniz donanmasına aid “Liman”adlı araşdırma gəmisi İstanbul boğazının 40 kilometr şimal-qərbində hansı ölkəyə aid olduğu dəqiqləşdirilməyən “Aşot-7” adlı gəmi ilə toqquşub: “Liman gəmisinin heyət üzvlıərindən heç kim zərər çəkməyib, lakin gəminin batma riski var”.

***

Qara dənizin İstanbul boğazının girişində Kilyos adasına yaxın ərazidə iki gəmi toqquşub.

Publika.az xəbər verir ki, gəmilərdən birinin Rusiyaya məxsus döyüş gəmisi olduğu deyilir.

Digər gəmi isə canlı heyvanları daşıyan yük gəmisidir.

Sahil Mühafizə Xidməti hadisə yerinə gedib. Məlumatlara görə, yük gəmisi aldığı zədədən sonra batmağa başlayıb. Hazırda təxliyə işləri aparılır.

NTV-nin məlumatına görə, toqquşmadan sonra dənizə düşən 45 rus əsgəri xilas edilib. 15 əsgərin xilasetmə işləri aparılır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm