Türkiyəni 5 hissəyə böldülər: Dəhşətli planın DETALLARI - VİDEO - FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyəni 5 hissəyə böldülər: Dəhşətli planın DETALLARI - VİDEO - FOTOLAR

MİT-in hesabatında Fəthullahçı Terror Təşkilatının ölkəni 5 hissəyə böldüyünü göstərən xəritə diqqət çəkib.

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı məlumatları hesabat şəklində çevriliş cəhdini araşdıran komissiyaya təqdim edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, MİT-in hesabatında Fəthullahçı Terror Təşkilatının (FETÖ) ölkəni 5 hissəyə böldüyünü göstərən xəritə diqqət çəkib.

36 səhifəlik hesabatda həmçinin terror təşkilatının ölkədaxili və xaricindəki strukturu yer alıb. FETÖ-nün ölkədaxili strukturunun da yer aldığı fotoda Türkiyənin 5 bölgəyə bölündüyü, İstanbul, İzmir, Ankara, Gaziantep ve Ərzurumun həmin bölgələrdəki cavabdeh vilayətlər olması göstərilib.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm