ABŞ-ın müharibə planı ifşa oldu: Çini mühasirəyə almaq üçün “ada zənciri” qurur
Bizi izləyin

Dünya

ABŞ-ın müharibə planı ifşa oldu: Çini mühasirəyə almaq üçün “ada zənciri” qurur

Birləşmiş Ştatlar Çinin dəniz qüvvələrini "birinci ada zənciri" - materik Asiyanın yaxınlığında yerləşən adalar xətti ilə tutmaq üçün hərbi bazalar tikir.

Publika.az xəbər verir ki, bu barədə “Washington Post” (WP) ABŞ-ın planını ifşa edən çinli hərbi analitiklərə istinadən yazıb.

Onların fikrincə, bu ada qövsündəki ABŞ hərbi bazaları, müharibə başlayarsa, gəmilərin Cənubi Çin dənizindən Sakit Okeanın açıq sularına getməsinin qarşısını alaraq, Çin donanmasını “bağlaya” biləcək.

Xüsusilə, Tomahawk qanadlı raketlərinin ən müasir modellərindən 400-ü Yaponiyaya göndərilib və Okinavaya yeni bir dəniz alayı verilib. Bundan əlavə, Pentaqonun Filippindəki çoxlu sayda aerodrom və hərbi dəniz bazalarına çıxışı var.

ABŞ Hind-Sakit Okean Komandanlığının yeni rəhbəri, admiral Samuel Paparo Jr. etiraf etdi ki, Vaşinqton həqiqətən də regionda döyüş hazırlığını yaxşılaşdırıb, lakin düşmənlər “hər il bizdən daha çox döyüş gəmisi tikirlər”. Nəşrin yazdığına görə, Çin rəhbərliyi baş verənləri təşvişlə izləyir və ABŞ-ı ölkəni mühasirəyə almaq cəhdində ittiham edir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm