Almaniya müharibəyə başlayır: Dünya hegemonluğu uğrunda DÖYÜŞ
Bizi izləyin

Dünya

Almaniya müharibəyə başlayır: Dünya hegemonluğu uğrunda DÖYÜŞ

Angela Merkel dördüncü dəfə Almaniyanın kansleri olmağa hazırlaşır. Artıq çoxları əmindir ki, bu baş verəcək. Alman ekspertlər isə ümid edirlər ki, Merkel ölkəni yenidən dünya hegomonluğuna götürür.

Publika.az
Almaniya mediasına istinadən Merkelin ölkəsini hara apardığı haqda versiyaları təqdim edir.

Əsas fikir ondan ibarətdir ki, Merkel Almaniyanı yeni müharibəyə qoşacaq. Belə ki, o, NATO və G7 sammitlərindən dərhal sonra bildirdi ki, “Avropanın ABŞ və Böyük Britaniyaya ümid etməsi lazım deyil”. Həmçinin, qeyd etdi ki, Fransanın yeni prezidenti Emmanuel Makron Almaniyanın ən yaxın tərəfdaşıdır və onlar birlikdə Avropanı inkişafa aparacaqlar. Dünya mediası Merkelin bu açıqlamalarını yeni proqram kimi qiymətləndirir.

Artıq Berlinin Yaxın Şərqdə yeni hərbi baza yaratmaq niyyətində olduğu haqda informasiyalar var. Ehtimallara görə, iyunun ortalarında Türkiyədəki İncirlik hərbi bazasından öz kontingentini çıxaracaq Almaniya qüvvələrini İordaniyaya göndərmək niyyətindədir. Bu, almanların yeni hərbi baza yaratmaq istəyinə işarədir. Həmçinin, Berlin bununla NATO-da Amerika hegomonluğundan xilas olmağı planlaşdırır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm