Moskvada TƏBİİ FƏLAKƏT - 13 ölü, 140-a yaxın yaralı (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Moskvada TƏBİİ FƏLAKƏT - 13 ölü, 140-a yaxın yaralı (YENİLƏNDİ)

Hadisə nəticəsində 40 nəfərin xəsarət aldığı da bildirilir.

Moskvada qasırğa nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

***

Moskvada baş verən qasırğa nəticəsində xəsarət alanların sayı 137 nəfərə çatıb.

Bu barədə paytaxtın fövqəladə hallar xidmətindən bildirilib.

"Hazırda 137 nəfər tibbi yardıma ehtiyac duyub. Bu, son rəqəm deyil", - deyə mənbə qeyd edib.

Qasırğa nəticəsində 11 nəfər ölüb.

***

Moskvada qasırğa nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Bu barədə paytaxtın səhiyyə departamenti məlumat yayıb.

***

Rusiyanın paytaxtı Moskvada baş verən təbii fəlakət nəticəsində ölən və yaralananlar var.

Publika.az “TASS”-a istinadən xəbər verir ki, qasırğanın fəsadları ağır olub. İlkin məlumata görə, 6 nəfər ölüb. Ölənlərin bəzilərinin üzərinə ağac düşüb.

Hadisə nəticəsində 40 nəfərin xəsarət aldığı da bildirilir.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm