Fransada atom elektrik stansiyasında yanğın
Bizi izləyin

Dünya

Fransada atom elektrik stansiyasında yanğın

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Fransanın şərqində "Büje" atom elektrik stansiyasında yanğın baş verib.

Publika.az xəbər verir ki, yanğın nüvə reaktorunun damında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. İlkin məlumata əsasən, zərərçəkən yoxdur. Radiasiya səviyyəsinin artması qeydə alınmayıb. Qeyd edək ki, "Büje" atom elektrik stansiyası Lion şəhərindən 35 km aralıda yerləşir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm