ABŞ və Çin arasında bu ölkəyə qarşı TARİXİ RAZILAŞMA
Bizi izləyin

Dünya

ABŞ və Çin arasında bu ölkəyə qarşı TARİXİ RAZILAŞMA

ABŞ və Çin Şimali Koreyanın tamamilə nüvəsizləşdirilməsi haqqında razılığa gəlib.

Publika.az xəbər verir ki, bu haqda Çinin dövlət KİV-inə istinadən “Röyters” agentliyi bildirib.

Daha əvvəl mətbuatda da yayılan məlumata görə, Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla danışıqların gedişatında (aprelin 7-də Ağ Evdə görüşüblər – red.) Şimali Koreyaya təzyiqin göstərilməsi üçün 100 gün möhlət istəyib.

Məlumata görə, ABŞ Koreya Xalq Demokratik Respublikası ilə bağlı siyasətin sərtləşdirilməsində təkid edib. Pekin Şimali Koreyaya təzyiq göstərməyəcəyi halda, Vaşinqton Pxenyanla bağlı olan Çin müəssisələri ilə əməkdaşlığı dayandıracağı barədə xəbərdarlıq edib. Hazırda Şimali Koreyanın xarici ticarətinin dövriyyəsinin 90 faizi Çinin payına düşür.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm